<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>527</hymn_number>
<title>Sən qadir və adil Rəbb Allahımsan İL527</title>
<lyrics>[V1]
 Sən qadir və adil Rəbb Allahımsan,
 Sənin müdrikliyin sığmaz cahana.
 Sən Öz əllərinlə dünya qurmusan,
 Dünya nəfəsinlə gəlmişdir cana.

[C1]
   Sən canlı Kəlamsan, endin dünyaya,
   Hikmətin sığmayır əqlə, zəkaya.
   Nə qədər sözünü arasaq belə,
   Fəqət, dərk olunmaz sirsən hələ.

[V2]
 Bəzən axtarıram Səni göylərdə,
 Səni görmək keçir hərdən qəlbimdən.
 Ruhum dilə gəlib mənə söyləyir:
 Rəbb Sənin qəlbində, ürəyindədir.</lyrics>
</song>